BİZNES PLANIN QURULMASI
Biznes plan yeni başlanan və ya mövcud biznesin davamını və inkişaf planın əks etdirən sənəddir. Bu sənəd, biznes kreditləri və ya investisiya kapitalı cəlb etmək məqsədilə də müəssisənin strategiyasını və hədəflərinin təsvir etmək üçün istifadə olunur. Ən əsası, biznes plan müəssisə sahibi və işçiləri üçün uğur qazanmaq üçün doğru yol xəritəsidir.

Bizim peşəkar komandamız aşağıda qeyd olunan hər bir başlığa unikal biznes yanaşması yaratmağa kömək edəcək:

• Titul vərəqi
• Biznes planın xülasəsi
• Şirkət haqqında ümumi məlumat
• Unikal məhsul və xidmətlər haqqında ətraflı məlumat
• Marketinq Planı - məhsulu öz istehlakçılarına çatdırma yollarının təsviri planı
• Əməliyyat planı - biznesin gündəlik fəaliyyətinin təsviri planı
• İdarəetmə və Təşkilat - müəssisənin təşkilatı strukturunu və onu tənzimləyən fəlsəfənin təsviri
• Maliyyə planı – maliyyə modelinizin və investorlardan istəyin təsviri.