İnsan Resursları Təhlili
Power BI platformasının təklif etdiyi imkanlardan yararlanaraq İnsan Resursları üzrə mütəxəsislər həm vaxtlarına qənaət etmiş olacaqlar, həm də işçilər haqqında bütün məlumatları bir bazadan görə biləcəklər.

Belə ki:
- Şöbələrə, fərdlərə, vəzifələrə görə işçilərin fəaliyyəti haqqında məlumat
- İşdən icazə alma səbəbləri
- Məzuniyyət dövründə xəstəlik
- İşə gecikmə saatları, tezliyi
- Yaş kateqoriyası
- Əvvəlki iş yerində fəaliyyəti haqqında məlumat
- Performans dəyərləndirməsi və s əlaqədar məlumatlar
- Bir bazada toplanacaq, görmək istədiyiniz formada əlaqələndiriləcək və vizuallaşdırılacaq.

"BIRainy MMC" konsaltinq şirkəti, təşkilatınızı və işçilərinizi effektiv idarə etmək üçün lazım olan anlayışlar əldə etməyə kömək etmək üçün təcrübə və bacarıqlara malikdir. Mobil telefon, planşet, kompüterlərdən izlənilə bilən Power BI tətbiqetmələri, çoxşaxəli istifadə imkanı İnsan Resursları mütəxəssisləri üçün avtomatlaşdırma, daimi yenilənmə, az xərc, kağızsız iş, vaxta qənaət vəd edir.