Pərakəndə Satış Təhlili
Müxtəlif məhsul və xidmətləri təklif edən sahibkarların əsas məqsədi mənfəəti, satışı artırmaqdır. Satışın təhlili xidmət və məhsullara olan tələb-təklif arasındakı əlaqəni müəyyənləşdirməyə, müvafiq satış strategiyası və taktikalarının hazırlanmasına, satış hədəflərinin təyin olunmasına kömək edir. Bizim Satış üçün həllərimiz:

- Məhsul, xidmətlərin satışı və hədəf satışlarının müqayisəsi
- Cari illə ötən il satışlarının müqayisəli təhlili
- Endirimli və endirimsiz qiymətlərin toplam qazancın formalaşmasına təsiri
- Mağaza, məhsul kateqoriyaları, mövsümə görə satış həcmləri
- Satış işçilərinin performansının dəyərləndirməsi
- Top müştərilərin və məhsulların müəyyənləşdirilməsi
- Məhsul, xidmət kateqoriyası, zaman perioduna əsasən ümumi mənfəətin müqayisəsi

BIRainy komandası analitik təhlil hesabına şirkətinizin satış effektivliyinin artırılmasını təklif edir və trendləri daha aydın görmənizə kömək edir. Biz sizin satış hesabatlarınıza 360 dərəcə baxış qazandırırıq və bununla da siz spesifik suallarınıza cavab tapa bilirsiniz.