OCR əsaslı Sürətli Axtarış Sistemi nə üçündür?
12 December 2023
İş dünyasında sürət və effektivlik ən vacib prioritetlər sırasındadır. Sənədlərin idarə edilməsi ən vacib işlərdən biri olsa da, onların avtomatlaşdırılması daha vacibdir. OCR (Optik Character Recognition) sənədləri elektron formata çevirməklə əməliyyatların sayını azaldır və vaxta qənaət edir. Sürətli Axtarış Sistemi şəkillərdəki mətni rəqəmləşdirmək, indeksləşdirmək və sürətli axtarış prosesini təmin etmək üçün OCR texnologiyası ilə işləyir. Bu, kağız istifadəsini və xərcləri azaldaraq təkrarlanan işləri maksimum dərəcədə sürətləndirir.
Bu blogumuzda sizə OCR əsaslı Sürətli Axtarış Sisteminin nə üçün lazım olduğu, dəqiq işləmə prinsipləri və əsas faydaları barədə ətraflı məlumat verəcəyik.
Sürətli Axtarış Sistemi məlumatları cəld axtarmaq və təyin etmək üçün inkişaf etdirilmiş texnologiyadır. Bu sistem müxtəlif məlumat resurslarını və bölmələrdəki məlumatları asanlıqla axtarmağa şərait yaradır. Təşkilatlar və şəxslərin iş prosesini sürətləndirməsi baxımından olduqca əhəmiyyətli alətdir.
Bəs OCR əsaslı Sürətli Axtarış sisteminin bizneslər üçün əsas üstünlükləri nələrdən ibarətdir?
- Vaxtın Effektiv İstifadəsi: OCR texnologiyası uyğun olaraq çox sürətli şəkildə mətni skan edir, oxuyur, anlamağa çalışır, tanıyır və avtomatik olaraq axtarılan mətni tapır. Buna görə də proses sürətli və effektiv olur. OCR vasitəsilə əldə olunan vaxtı daha önəmli işlərinizə sırf edə bilərsiniz.
- Dəqiqlik: OCR üçün ən əhəmiyyətli meyardır. Mətnin oxunmasında və axtarılmasında yüksək dəqiqliyi təmin etmək üçün alqoritmlərdən istifadə edir. Bu da səhvləri minimuma endirir.
- Axtarış: OCR texnologiyası vasitəsilə tanınan mətnlər, rəqəmsal formatda saxlanıldığı üçün axtarıla bilən olur. Bu, böyük sənədlərin axtarışını xüsusilə əlverişli edir və məlumatı tez bir zamanda tapmağınızı asanlaşdırır.
- Sənədin Mühafizəsi: OCR tarixi və ya mühüm sənədləri rəqəmsal formatlara çevirməklə onları qorumağa kömək edir. Beləliklə, sənədlərin və məlumatların itirilməsi riskini azaldır.
-Avtomatik filtrləmə və kateqoriyalaşdırma: Sürətli Axtarış Sistemi axtarış nəticələrini avtomatik olaraq filtrləyərək kateqoriyalara ayırır. Bununla da daha təşkilatlı və anlaşılan bir təcrübə təmin edir.
OCR əsaslı Sürətli Axtarış Sisteminin istifadə sahəsi çox geniş və müxtəlifdir.Günümüzdə OCR texnologiyası bir çox sahədə tətbiq olunmaqdadır. Məsələn, bankçılıqda sənədlərin avtomatik tanınması, sağlamlıq sahəsində tibbi məlumatların sürətli toplanması, tapılması və s.
Həmçinin qeyd etmək lazımdır ki, OCR əsaslı Sürətli Axtarış Sisteminin ERP sistemi ilə inteqrasiyası məlumatların işlənməsini əhəmiyyətli dərəcədə təkmilləşdirə, iş proseslərini sadələşdirə və ümumi effektivliyi artıra bilər.
Əgər vaxtı optimallaşdıraraq iş proseslərini minimuma endirmək və effektiv nəticə görmək istəyirsinizsə, bizimlə əlaqəyə keçə bilərsiniz.