Game Summit-ə necə və hansı oyunlarla qoşulduq?
06 March 2024

Game Summit-ə necə və hansı oyunlarla qoşulduq?
Uşaqdan böyüyə,hər yaş qrupundakı insanları bir araya gətirən, əyləncəli mühit yaratmaqda bizə kömək edən əsas vasitəsi nədir,deyə sual verilərsə, cavab sadədir - əlbəttə ki, oyunlar.Müasir oyun dünyası dinamizmi, sürətli inkişafı və daim yenilikləri hərkəsi özünə cəlb etməyə davam edir. Ən əsası da, oyunlar insanları bir araya gətirir və sosial əməkdaşlığı təşviq edir.
Dünyanın dörd bir yerində oyun sektoru ilə bağlı müxtəlif tədbirlər və sərgilər keçirilir. Bu tədbirlər oyun sahəsindəki son inkişafları, texnologiyaları və yaradıcı ideyaları ən geniş auditoriyaya çatdırmağa və təcrübələri birləşdirməyə xidmət edir.
Game Summit tədbiri ilə Azərbaycanda oyun dünyasının gələcəyinin formalaşdırılması
Ölkəmizdə də bu sahədə tədbirlərin olması qürurvericidir. Bəs siz bilirsiniz ki, Azərbaycanda keçirilən ən böyük oyun tədbiri hansıdır?Biz sizə Game Summiti kimi böyük və möhtəşəm tədbiri nümunə göstərə bilərik.
Bu tədbirlə bağlı məlumatınız yoxdursa narahat olmağa gərək yoxdur. Sizə bu haqda qısaca deyə bilərik ki, Game Summit Azərbaycanda oyun dünyasının nəhənglərini, yaradıcıları və həvəskarları bir araya gətirən genişmiqyaslı tədbirdir.
Oyun sahəsinin inkişafını dəstəkləmək adına 11 iyun 2023-cü il tarixində Bakı İdman Sarayında baş tutan Game Summit tədbirində BIRAINY olaraq biz də iştirak etdik.Bu məqaləmizdə sizə Game Summit tədbirinə necə hazırlaşdığımızı və bu proses zamanı komandamızla keçirdiyimiz təcrübələri sizinlə bölüşəcəyik.
Bizim Game Summitə hazırlığımız strateji planlaşdırma, əməkdaşlıq və innovasiya üzərində qurulmuşdu.Oyunlarımızı və stendimizi iştirakçılara unudulmaz etmək üçün göstərdiyimiz səylərin arxasında komandamızın böyük əməyi vardı.
Game Summit tədbirinə hazırlığımızın arxasındakı strateji planlaşdırma
Məqaləmizin əsasını da elə məhz Game Summit tədbirinə necə hazırlaşdığımız və bu proses zamanı komandamızla keçirdiyimiz təcrübələri sizinlə bölüşmək dayanır.
-
Mərhələ 1 : Planlaşdırma
Birinci mərhələ summit iştirakçılarında necə bir təəssürat yaratmaq istədiyimizi müəyyən etməklə başladıq. Fikirlərimizi birləşdirərək tədbirin əsas mövzu və məzmununu müəyyən etdik. Bu mərhələdə biz iştirakçıların diqqətini cəlb edəcək innovativ və təsirli bir konsepsiya planlaşdırdıq.
-
Mərhələ 2 : Oyunlarımızı Seçmək
Hazırlığın ən önəmli mərhələlərindən biri stendimizdə nümayiş etdirəcəyimiz oyunları seçmək idi. Yenilikçi və müxtəlif oyunlar təklif edərək iştirakçılara fərqli təcrübələr təqdim etdik.
-
Mərhələ 3 : Oyun İnkişafı və Yeniləmə
Tədbir üçün Game Developer və Game Artistlərimizlə, dizaynerlərimizlə sıx əməkdaşlıq etdik. Oyunlarımızın müasir və yüksək keyfiyyətli olmasını təmin etmək üçün qrafika, oyun və texniki detalları diqqətlə nəzərdən keçirdik.
-
Mərhələ 4 : Stend hazırlığı
Stendimizin həm vizual cəlbediciliyinə, həm də funksional olmasına önəm verdik. Bizim stendimiz iştirakçılara təsiredici ab-hava təqdim etmək üçün diqqətlə bəzədilib, oyunlarımız üçün xüsusi olaraq hazırlanmış monitor. Ziyarətçilərin diqqətini cəlb etmək və onları oyun dünyamıza cəlb etmək üçün stendimiz strateji bir yerdə yerləşdirilib.
-
Mərhələ 5 : Komandanın birliyi və səyi
Tədbir boyu komandamız arasındakı əməkdaşlıq Game Summit-i daha mənalı və uğurlu etdi. Hər birimiz ümumi məqsədimizə çatmaq üçün səylə çalışdıq.
Game Summit üçün seçdiyimiz oyunlar
Angry Birds: Oyun tarixinin ən yaxşı 5 oyunu sırasına daxil oyunlardan biri olan Angry Birds oyunun Game Summit üçün hazırlamağa başladıq. Oyunun əsas məqsədi quşları doğru məqsədə yönəldərək blokları yıxmaqdır. Oyunun monitor formatına uyğun şəkildə tənzimləmələr edərək, bütün elementlərin və görsəl effektlərin düzgün şəkildə görünməsini təmin etdik. 3D effektlər və animasiyalar oyunu daha da maraqlı etdi.
Stend monitor sayəsində əlavə cihazlar olmadan, iştirakçılar oyunu daha sərbəst və rahat bir şəkildə idarə edərərk oynamaq imkanına sahib oldular. Beləcə hazırladığımız bu oyun hərkəs tərəfindən çox sevildi.
Xokkey: Game Summit üçün təşkil etdiyimiz xokkey oyununda oyunçular əyləncəli anlar yaşadılar. Sürətlə hərəkət edən çarxlar, rəqabətli ötürmələr, kritik anlarda vurulan qollar və rəqabət mühiti iştirakçıların unudulmaz təcrübə keçirməsinə səbəb oldu. Yazdığımız xokkey oyunu yüksək keyfiyyətli qrafika və detallı dizaynı ilə fərqlənirdi. İstifadə olunan səs effektləri və musiqi oyuna marağı daha da artırırdı.
Game Summit ilə qazandığımız uğurlar və əməkdaşlıqlarımız
Gördüyünüz kimi fərqimizi ortaya qoymaq üçün üçün biz uzun hazırlıq prosesindən keçdik.
Komandamızın oyunları yaradarkən göstərdiyi səy Game Summiti bizim üçün unudulmaz etdi. Bu tədbir bizim oyun sənayesindəki mövcudluğumuzu gücləndirməklə yanaşı, həm də yeni biznes imkanları yaratmağa və sənayenin aparıcı simaları ilə dəyərli əlaqələr qurmağa imkan verdi. Yeni layihələrə, uğurlara və maraqlı əməkdaşlıqlara qapılar açdı
Bizim üçün biznesimizdə dönüş nöqtəsi oldu.Sonda isə bu yolda bizə qoşulan hər kəsə təşəkkürlərimizi bildiririk.