Virtual Reallıq Simulyatorları: Real Dünyadakı Təcrübələri Əks etdirən Texnologiyalar
02 May 2024

Virtual Reallıq Simulyatorları: Real Dünyadakı Təcrübələri Əks etdirən Texnologiyalar (BIRAINY ilə İAC tədbiri və Hərbi Qənimətlər Parkı üçün Yenilikçi Simulyator Təcrübəsi)
VR simulyator- Virtual Reallıq texnologiyalarını istifadə edərək, real dünyadakı təcrübələri yaxından simulyasiya etmək üçün qurulmuş cihazlar və proqramlar toplusudur.
Bu texnologiya, istifadəçilərə fiziki olaraq başqa bir yerə getmədən müxtəlif mühit və vəziyyətlər haqqında təcrübələr yaşamaq və məlumat almaq imkanı verir.
VR simulyatorlar, başlıq kimi tanınan cihazlarla təchiz edilir. Bunlar arasında Oculus Rift, HTC Vive, Sony PlayStation VR və Microsoft HoloLens kimi məşhur modellər var. Bu başlıqlar, yüksək dəqiqliyə malik ekranlar və hərəkət sensorları ilə təchiz edilmişdir ki, bu da istifadəçiyə 360 dərəcə baxış, eyni zamanda hərəkət imkanı verir.Bu cür simulyatorların istifadəsi, müxtəlif peşəkar sahələrdə əhəmiyyətli rol oynayır.
VR Simulyator texnologiyasının tətbiq sahələri
Belə ki, VR Simulyator texnologiyası təhsildən səhiyyəyə, əyləncədən sənayəyə qədər demək olar ki, hər bir sektorda istifadə olunur.
- Təhsil və Təlim: Tələbələrə, peşəkarlara riskli və ya praktiki təcrübəsi az olan sahələrdə təlim vermək üçün istifadə olunur.
- Tibb: Cərrahların əməliyyatdan əvvəl məşqlər etməsi, psixoterapi və rehabilitasiya üçün geniş istifadə edilir.
- Mühəndislik və Dizayn: Mühəndislər yeni məhsulların prototiplərini yaratmaq və test etmək üçün VR-dan istifadə edə bilərlər.
- Əyləncə və Oyunlar: VR, video oyunlar və digər əyləncəli təcrübələr üçün yeni imkanlar açır.
- Sənayə: VR simulyatorlarının müxtəlif sənaye sahələrinə inteqrasiyası təkcə texnologiya meylləri ilə ayaqlaşmaq deyildir. Bu, daha səmərəli, təhlükəsiz və immersiv təcrübələrə doğru əsaslı keçidi təmsil edir.
BIRAINY şirkəti də oyun və sənayə sahələrində VR Simulyator texnologiyasının imkanlarından istifadə edərək bir çox layihələr hazırlamışdır. Bunlara Beynəlxalq Astronavtika sərgisi üçün hazırladığımız Ay üzərində gəzinti simulyatoru, Hərbi Qənimətlər parkı üçün hazırladığımız 360 kamera çəkilişi, eyni zamanda sənayə sahəsində VR Simulyatorun rolunu izah edən işlərimizi göstərə bilərik.Gəlin bu layihələrimiz ilə yaxından tanış olaq.
BIRAINY-nin uğurlu VR Simulyator layihəsi ilə Beynəlxalq Astronavtika Sərgisində İştirakı
Bildiyiniz kimi Beynəlxalq Astronavtika Sərgisi kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 50 illik bir müddət sonra yenidən paytaxt Bakı 2023-cü il də bu konqresə ev sahibliyi etmək hüququ qazandi.Dünyanın hər yerindən alimləri, ekspertleri və kosmik həvəskarları bir araya gətirmək məqsədi daşıyan bu konqres də bizdə Ay üzərində gəzinti simulyatoru layihəmiz ilə qoşulmaq şansı əldə etdik. Bu bizim üçün çox mühüm addım oldu.
Gənclərdən ibarət möhtəşəm komandamızla bu tədbir üçün böyük səylə çalışmağa başladıq . Motivasiyamızın əsasını kəşf etmək istəyi, VR Simulyator texnologiyası sahəsində öz işlərimizi özümü tanıtmaq və birlikdə uğur qazanmaq təşkil edirdi. Bu tədbirdə BIRAINY olaraq insanları dünyadan kənara, birbaşa Ayın sirli səthinə daşıyan VR simulyatoru hazırladıq.
Ay səthində gəzinti simulyasıya, avadanlıq və stend monitorumuzla bağlı uzun müddət davam edən çalışmalarımız nəticəsində artıq biz tədbirə tam hazır idik. Tədbirin ilk günündən etibarən konqresdə yerimizi alıb, sərginin iştirakçıklarına maraqlı anlar yaşatdıq.
Bizim digər şirkətlərdən fərqimiz isə məhsulla çıxış edən yeganə Azərbaycan şirkəti olmağımızdır. Gəlin ilk olaraq, bizə məxsus olan bu məhsul haqqında ətraflı məlumat verək .
BIRAINY komandası cox qısa bir zaman içində bu qurğunu hazırladı. Sadə yolla hazırlanmış bu qurğumuz çox əlverişli olmaqla yanaşı həmdə xərc baxımından da uyğun idi.
İndi isə qurğudan istifadə qaydalarını izah edək. Belə ki, bu avadanlıqdan istifadə edən iştirakçıları ilk olaraq tərəzi ilə çəkilərini yoxlayıb, avadanlığa uyğun olub olmadığını yoxlayırlar. Daha sonra isə dəmir avadanlığa əyləşərək, VR eynəyi taxırlar. Bu avadanlıq aşağı və yuxarı hərəkət etməyə başlayır. Beləcə VR Simulyator ilə aya səyahət edirlər.
BIRAINY Hazırladığı VR Simulyator ilə Aya səyahətin ətraflı izahı
BIRAINY-nin VR simulyatoru istifadəçiləri Azərkosmos-un ofisindən Aya daşıyan qeyri-adi təcrübə təqdim edir. Simulyator əsl raket gəzintisi hissini vermək üçün nəzərdə tutulmuşdur. Hazırladığımız bu VR Simulyator ilə insanlar Aya enərkən gəzinti etmək kimi hissləri yaşamaq şansı əldə edirlər. Həmçinin Ay səthində hərəkət edərkən həm VR simulyator texnologiyasının möhtəşəmliyindən, həm də dizayn təcrübəsindən həzz alırlar.
İlk olaraq özümüzü Azərkosmosun ofisində tapırıq. Raketə mindikdən sonra nəhayət Aya uçmağa başlayırıq. Beləcə Aya addım atan şanslı insanlardan olursunuz.
BIRAINY-nin hazırladığı VR Simulyator texnologiyasi ilə Ay üzərində gəzdikcə vətənpərvərlik ruhunu dərindən hiss edir, həmçinin Ay səthində Qarabağın simvolu olan xarıbülbüləri görmək şansı da əldə edirsiniz. Bitdimi ? Əlbəttə ki, xeyr. Aya sancılmış üçrəngli bayrağımızın dalğalanmasını böyük bir qürurla izləyirsiniz.