Bizi izləyin

Banner

Brendin xarici bazara çıxarılması üçün "TikTok"da necə marketinq kampaniyası aparmaq olar?

28 September 2023

Yerli bazarda müəyyən bazar payına sahib olan brendlər bir müddət sonra daha çox gəlir əldə etmək, müştəri kütləsini artırmaq, rəqabət üstünlüyünü ələ almaq və s. səbəblərə görə qlobal bazara çıxmağı hədəfləyirlər.

Qlobal bazarda markalaşmaq üçün diqqətə alınmalı vacib məqamlar var. Bəs bu məqamlar hansılardır?
1. Fərqli mədəniyyətlərə və istehlakçı davranışlarına uyğunlaşma
2. Bazar araşdırması
3. Məhsul uyğunluğu
4. Marka vizyonu və stilistikasının formalaşdırılması
5. Rəqabət üstünlüyünün qazanılması
6. Sosial media platformalarından istifadə və s.

Məsələn, əməkdaşlıq etdiyimiz Xurcun brendi bizə müraciət edən zaman yalnız instaqram hesablarının idarə edilməsini istəyirdilər. Araşdırdıq ki, əsas problemlər:
• Məhsul məlumatlılığının aşağı olması
• Məhsulun aid olduğu hədəf kütləsinə çata bilməmək
• Düzgün reklam strategiyasının aparılmaması


Problemləri araşdırdıqdan sonra təklif etdik ki, TikTok platforması açaq, həm yerli bazarda məhsul məlumatlılığını artıraq, bir müddət sonra isə brendi qlobal bazara çıxaraq.

Hal-hazırda TikTok-da ödənişli reklam kampaniyaları aparmaq mümkün olmadığından yaradılan kontentin uğurlu olması üçün emosiyalar üzərində işləmək lazımdır. Bunun üçün də məhsulu hiss etmək çox vacibdir. Məhsulun uyğun olduğu hədəf kütləsini müəyyən etdikdən sonra ikinci abzasda qeyd etdiyimiz məqamlara uyğun strategiya bəlirləyərək kontent yaratdıq. Bir müddət sonra video baxışları milyonları keçdi və beynəlxalq sifarişlə nəticələndi. Brend qlobal bazarda tanındıqca, yerli bazarda olan reputasiyası da yuxarı qalxdı.



Əgər siz də biznesinizi zirvələrə çıxarmaq istəyirsinizsə, düzgün strategiya ilə yerli bazarda möhkəmlənmək, eyni zamanda qlobal bazara çıxmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.