Bizi izləyin

Banner

Pilot layihələrin B2B satışı üçün önəmi

28 September 2023

Korporativ şirkətlər arasında B2B satışların artırılması üçün şirkətlər daha yenilikçi həllər təklif etməlidilər. Bu baxımdan şirkətlərin həyata keçirmək istədiyi yeniliklər, onların təhlili və sınaqdan keçirilməsi müəyyən bir vaxt, sərmayə və ən əsası risk tələb edir.

Bəs BIRAINY-nin vaxtı optimallaşdıraraq riskləri azaltmağınız üçün pilot layihələr həyata keçirdiyini bilirdiniz?

Bilməyənlər üçün pilot layihələrin nə olduğunu qısa olaraq izah edək. Nədir pilot layihələr və nə üçün vacibdir?

Pilot layihə, bir şirkətin və ya biznesin real mühitdə yeni məhsulu, xidməti və ya prosesi sınaqdan keçirmək üçün kiçik ölçülü sınaq layihəsidir. Niyə vacib olduğunu isə aşağıda qeyd edək:
• Məhsul/Xidmət dəyərləndirməsi: Pilot layihələr məhsulun (xidmətin) real iş mühitində necə işlədiyini görüb başa düşməyə şərait yaradır.
• Problemlərin müəyyənləşdirilməsi: Pilot layihələr məhsulu (xidməti) bazara çıxarmazdan əvvəl hansı problemlərin yarana biləcəyi barədə təsəvvür yaradır. Beləliklə, biznes həmin problemlərə olan yanaşmasını əvvəlcədən müəyyənləşdirə bilir.
• Risklərin idarə edilməsi: Problemlər müəyyənləşdikdən sonra həmin problemlərin doğuracağı potensial riskləri əvvəlcədən görmə fürsəti yaranır. Bu da risklərin idarə edilməsi üçün atıla biləcək addımları düşünməyə kömək edir.
• Maliyyənin idarə edilməsi: Böyük layihələr sözsüz ki, böyük maliyyə sərfiyyatı deməkdir. Pilot layihələr kiçik büdcə ilə layihənin effektivliyini ölçməyə imkan verir.
• Vaxtın optimallaşdırılması: Pilot layihələr məhsulu (xidməti) tez sınaqdan keçirməklə rəy toplamağa, sürətli qərar verməyə imkan verir. Beləliklə, riskləri azaltmaqla vaxtı optimallaşdırır. Bu da şirkətlərə effektiv planlaşdırma aparmağa və rəqabət üstünlüyü əldə etməyə kömək edir.

BIRAINY olaraq start verdiyimiz layihələrdən biri Group Motors şirkəti üçün hazırladığımız analitik report pilot layihəsidir. Bu layihənin məqsədi:
• Strategiyanın dəqiqləşdirilməsi
• Resursların optimallaşdırılması
• Risklərin idarə edilməsi
• Müştəri münasibətlərinin gücləndirilməsinə olan təsiri müşahidə etmək idi.

Nəticə nə oldu?
Bu layihə sonunda Group Motors şirkəti maliyyə xərclərinin əhəmiyyətli dərəcədə azaldığını və resursların idarə edilməsinin təkmilləşdirildiyini gördü.

Digər nümunələrimizdən biri Azərbaycan Dövlət Reklam Agentliyi üçün hazırladığımız pilot layihə idi. Bu layihə ilə şirkət hərtərəfli performans qiymətləndirməsindən tutmuş auditoriya hədəflənməsinin dəqiq tənzimlənməsinə qədər olan prosesləri müşahidə edərək qərar qəbul edə bildi.

Data analitikası sahəsindəki biliklərimizə əsaslanaraq deyə bilərik ki, pilot layihələr uğurlu B2B satışların açarıdır. Group Motors, Azərbaycan Dövlət Reklam Agentliyi, İrşad və s. kimi şirkətlərə təqdim etdiyimiz layihələr sübut edir ki, pilot layihələr əməkdaşlıqları davamlı və uğurlu edərək qarşılıqlı faydalı əlaqələrin qurulmasını təmin edir.

B2B satış strategiyanızı təkmilləşdirmək istəyirsinizsə, pilot layihələrimizi nəzərdən keçirə bilərsiniz. BIRAINY hər addımda sizə bələdçilik etmək üçün bir zəng uzağınızdadır.

Pilot layihələrimizdən yararlanaraq, biznesinizdə dataya əsaslanan uğur imkanları əldə etmək üçün bizimlə əlaqə saxlayın.