Bizi izləyin

Banner

İnsan Resursları mütəxəssislərinin bir tətbiqdən bütün əməliyyatları həyata keçirdiyi - Jobfier

20 November 2023

Hər hansı bir fikrin həyata keçirilməsi prosesi, səbr, səy və inam tələb edir. Startap layihələri də bu mərhələlərdən keçərək, fikir və inkişafın nümunəsi olur. Startapın ilk addımı isə orjinal və rəqabət yaradan bir ideyaya malik olmasıdır.

Sektordan asılı olmayaraq bütün istiqamətlər üzrə şirkətlərə və bizneslərə rəqəmsal həllər təklif edən BIRAINY işaxtaranlar və işəgötürənləri düşünərək Jobfier startapını yaratdı.Bəs Jobfier nədir və nə kimi üstünlükləri var?
Jobfier İnsan Resursları mütəxəssisləri və işaxtaranları bir araya gətirərək, işə qəbulu və iş axtarışı proseslərini asanlaşdıran innovativ platformadır.

Startapımızın əsas məqsədləri:

- Azərbaycanda bacarıqlı kadrların tapılması
- Dövlət tərəfindən tanınan sertifikatın verilməsi
- Peşəkar və kiçik mütəxəssislərin bir araya gətirilməsi
- Mütəxəssislərə işlərin təklif olunması

Deyə bilərsiniz ki, Jobfier nəyə görə yarandı. BIRAINY şirkətində yaranan vakansiyalara namizəd axtararkən bir neçə problemlə rastlaşdıq və bu problemlərin aradan qaldırmaq üçün Jobfier startapını yaratdıq. Bəs bu problemlər nələr idi? Gəlin baxaq:

- Ölkədə olan kadr çatışmazlığı
- Mütəxəssislərin müəyyən bir CV databazasının olmaması
- Nəticələrlə bağlı namizədləri məlumatlandırmaq üçün məhdud vaxtın olması
- Seçim və axtarış prosesinin uzun, vaxtaparıcı olması

Jobfier platformasında işaxtaranlar pulsuz giriş imkanları ilə yeni iş imkanlarını kəşf edə və öz karyeralarında növbəti addımları ata bilərlər. Eyni zamanda işaxtaran olaraq axtardığınız işi asanlıqla tapmaq üçün sahənizə uyğun müəyyən suallara cavab verərək biliklərinizi təsdiq edib sertifikat ala biləcəksiniz.

Bəs bu platformanın HR-lar (işəgötürənlər) üçün nə kimi üstünlükləri var?
HR olaraq siz bu platformadan qeydiyyatdan keçməklə açar sözlərə əsasən namizəd axtarışını filtrləyib vakansiyaya uyğun namizəd tapılması prosesini sürətləndirə biləcəksiniz. Məsələn, siz front-end vakansiyası üzrə xüsusən React təcrübəsi olan işçi axtarırsınız. Filter hissəsində bu və bu kimi açar sözləri qeyd edirsiniz və süni intellektlə işləyən Jobfier yalnız sizə uyğun CV-ləri tapır.

Bazada olan CV fayllarının daxil edilmiş açar sözlərə əsasən filtrlənməsi prosesi necə olur gəlin ona baxaq:

- İstənilən sayda CV-nin bazadan yüklənməsi
- 1 və ya bir neçə açar sözə əsasən CV-lərin filtrlənməsi
- Filtrlənmiş CV-lərin yenidən sürətli yüklənməsi
- Öncədən filtrlənmiş CV-lərin yenidən yoxlanılması

Həmçinin HR mütəxəssisləri işəqəbul prosesini sadələşdirmək, avtomatlaşdırmaq və vaxta qənaət etmək üçün platformamızdan qeydiyyatdan keçmekle 3 aylıq pulsuz premuim paketden yararlana bilərlər.

Gördüyünüz kimi Jobfier bir çox faydalı xüsusiyyətlərə malik olmaqla yanaşı, işaxtarma və işəqəbul proseslərinizi ətraflı şəkildə təhlili edə bilməyiniz üçün sizə geniş imkanlar təqdim edir.

Əgər siz də HR mütəxəssisi olaraq işə qəbul prosesləriniz sürətləndirəcək həllər axtarırısınızsa, bizimlə əlaqə saxlayın biz sizin istəklərini həyata keçirək.