Bizi izləyin

Banner

Oyun proqramlaşdırdığımız zaman hansı addımları izləməli və nələrə diqqət etməliyik?

24 November 2023

Hamının bildiyi rəqəmsal iş mühitində brendi effektiv şəkildə tanıtmaqdan əlavə, daha çox onu fərqləndirmək, yeni müştəri cəlb etmək və mövcud müştərilərin marağını qorumaq daha əhəmiyyətlidir.
Markanızı yeni yanaşmalarla, eyni zamanda əyləncəli bir şəkildə təqdim etmək üçün ən yaradıcı yollardan biri isə - Rəqəmsal Oyunlardır.

Bir brendin öz məhsullarını və xidmətlərini bu kimi fərqli yanaşmalarla təqdim etməsi müştərilərdə maraq doğurur. Rəqəmsal oyunlar brendlə müştəri arasında emosional bağ yaradır. Psixoloji olaraq bu bağ eyni zamanda müştərilərdə güvən formalaşdırır.
Oyunlar sadəcə əyləncəli bir təcrübə təmin etməklə qalmır, həm də müştərilərinizlə daha yaxın əlaqə qurmanıza kömək edir.
Bəs markanıza uyğun oyunların hazırlanmasında əsas addımlarımız nələrdən ibarətdir:

1. İdeya və Konsepsiyanın Müəyyən edilməsi:
Bu addımda oyununun əsas ideyası və konsepsiyası müəyyən edilir. Oyunun əsas mövzusu nəzərdən keçirilərək yaradıcı fikirlər müzakirə edilir və vahid ideya formalaşdırılır.
2. Oyun missiyalarının dizayn edilməsi.
İkinci mərhələdə, oyun dizayneri (game designer) tərəfindən oyunun gedişatı və dizaynı ətraflı bir şəkildə planlaşdırılır. Oyunun qrafik dizaynı və hər bir elementin necə işləyəcəyi qərarlaşdırılır.
3. Oyunun vizual görünüşün müəyyənləşdirilməsi.
Oyun rəssamı (game artist) oyunun vizual elementlərini tərtib edir. Buraya obrazların dizaynı, arxa planlar, animasiyalar, istifadəçi interfeysi (UI) elementləri, loqo və marka elementləri kimi qrafik elementlər daxildir.
4. Qrafika və səs effektlərin yaradılması:
Bu mərhələdə istifadə olunan effektlər oyunun gerçəkçiliyini artırmaq üçündür. Oyun effektləri dinamik və təzyiqli olmalıdır. Unutmamalıyıq ki, bunların birləşimi oyunçulara real və maraqli oyun təcrübəsi yaşadır.
5. Proqramlaşdırma və Texniki mərhələ:
Bütün mərhələlər uğurla tamamlandıqdan sonra bu mərhələdə oyun proqramçıları oyunun yazılma plaformasını və proqramlaşdırma dilini müəyyənləşdirərək oyunun kodlarını yazır.
6. Test mərhələsi
Oyun testlərinin əksəriyyəti oyun yaradılmasının son mərhələsində edilir. Oyun müxtəlif testlərdən keçirilir və bunlar əsasında oyunun performansı qiymətləndirilərək lazımi düzəlişlər aparılır.
Qısaca desək, BIRAINY-də hər hansı bir şirkətə özəl oyunlar proqramlaşdırılarkən bu mərhələlərdən keçirik:
- Oyun ssenarisinin yazılması
- Məhsullara uyğun dizaynın yaradılması
- 2D və 3D formatında oyunların yazılması
- Müxtəlif assetlərdən istifadə
Niyə oyun təminatı sahəsində bizi seçməlisiniz?
- Müştərilərlə danışıqlar və müzakirələr apararaq, onların tələblərinə cavab verir,
- Son trendlərə uyğun, keyfiyyətli qrafika və oyuna özəl səs efektlərindən istifadə edir,
- Oyunların yüksək keyfiyyətli dizayn və rahat interfeysə malik olmasına diqqət yetiririk.

Oyun təminatı xidmətini öz şirkətimizə tətbiq edərək nələr əldə etdik?

11.06.2023 tarixində Bakı İdman Sarayında baş tutan bir səhnəni izlədiniz. Sizə, Game Summit-də bu qədər insanı stendimizə necə cəlb etmişik?
BIRAINY şirkəti olaraq 11 iyun 2023-cü il tarixində Bakı İdman Sarayında baş tutan Game Summit-də iştirak etdik.

Summitdə şirkətimizin məhsulu olan stend oyunlarımız monitor ilə nümayiş etdirildi. İştirakçılar stendimizə yaxınlaşıb oyunlar oynayaraq həm əyləndilər, həm də bizdən hədiyyə kuponları qazandılar.
Daha bir nümunə isə 2-6 Oktyabr tarixində ölkəmizdə baş tutmuş Beynəlxalq Astronavtika Konqresində Made in Azerbaijan adı ilə çıxış etdiyimiz Ay üzərində gəzinti simulyatorudur.


Stendimizdə BIRAINY məhsulu olan Low Gravity avadanlığı quraşdırılmışdı. Avadanlığın ağırlığı iştirakçının çəkisinə uyğun tənzimləndikdən sonra VR eynəyi taxaraq Ay üzərində simulyativ gəzintisi reallaşdırılırdı. Eyni zamanda bu tədbir sayəsində potensial əməkdaşlıq münasibətlərimiz artdı.
Siz də şirkətinizə uyğun hazırladığımız oyunlardan faydalanaraq brendinizin tanıtımını əyləncəli üsulla daha da artıra bilərsiniz. Əla görüntü keyfiyyətinə malik monitoru brendinizə özəl hazırlanmış oyun ilə birlikdə kirayə götürməyə tələsin.