İstifadəçi dostu interfeysə malik bir səhifəlik veb saytlar
01 December 2023
Bir brendin ilk təəssüratı, müştərilər üçün şirkətin imicini, keyfiyyətini və unikal xüsusiyyətlərini ortaya qoymağı hədəfləyir. Yaradacağınız bu ilk təəssürat rəqəmsal dünyada fərqlənmək istəyən hər bir marka üçün önəmlidir. Məqsədinizə nail olmaq üçün isə istifadə edə biləcəyiniz yollardan biri də bir səhifəlik vebsaytlardır. (landing page)
Deyə bilərsiniz ki bir səhifəlik vebsayt (Landing Page) nədir, hansı məqsədlər üçün istifadə olunur və bu saytların hazırlanması prosesi necə işləyir? Bugünkü blogumuzda, bu suallara ətraflı şəkildə cavab tapacayıq.
Gəlin ilk olaraq baxaq görək Landing page nədir?
Bir səhifəlik vebsaytlar (landing pages) ümumiyyətlə müəyyən bir məqsədə yönəlmiş, adətən adından da göründüyü kimi bir səhifədən ibarət olan vebsaytlardır.
Bu cür vebsaytlar bir şirkətin özünü, təklif etdiyi xidmət və dəyərləri sadəcə bir səhifə daxilində ifadə etmək imkanı yaradır. Bir səhifəliik vebsaytlar (Landing pages) məzmunu sadələşdirir, diqqət çəkici və effektiv istifadəçi təcrübəsi yaratmağa nail olur. Saytınıza daxil olan ziyarətçilər bir neçə saniyə ərzində təklifinizin nə olduğunu və bunun onlar üçün niyə vacib olduğunu başa düşməlidirlər.İndi isə bir səhifəlik vebsyatların (Landing Page) bir neçə üstünlüyündən bəhs edək.
• Aşağı büdcə: Bir səhifəlik vebsaytlar(Landing Page) adından göründüyü kimi bir səhifədən ibarətdir, yəni onları yaratmaq və idarə etmək üçün ümumiyyətlə daha az xərc tələb olunur və büdcəyə uyğun bir həll təmin edilir.
•İstifadəyə verilmə : Bir səhifəlik vebsaytların(Landing Page) sürətlə yaradılması kampaniyanızı, məhsulunuzu və ya xidmətinizi dərhal tanıtmaq imkanı verir.
• Sınaq/Təkmilləşdirmə : A/B testləri ilə müxtəlif variantları müqayisə edib ən effektivini seçmə və səhifəni rəy, analitik məlumatlarla təkmilləşdirmə imkanı yaradır.
• Hədəf auditoriyanı cəlb etmək: Müştərilərin maraqlarına əsasən konkret məhsula, kampaniyaya və ya təklifə diqqət yetirmək geri dönüşlərinizi artıra bilər.
Roborek-i hazırladığımız zaman brend haqqında çox şey danışan vizual cəlbedici və istifadəçi dostu vebsayt yaratdıq.
Gəlin, birgə bu veb saytın yaradılma prosesində diqqət mərkəzində olan əsas elementlərə daha yaxından baxaq və saytın istifadəçilər üçün nə qədər əhəmiyyətli və maraqli olduğunu müşahidə edək.
• Sadəlik - Sadəlik, çox şeyi az sözlə ifadə etmək deməkdir. Bu vebsayt ilə biz brendin şəxsiyyətini və əsas dəyərlərini vurgulamağı bacardıq.
• Son trendlərə uyğun UX/UI dizayn - Bir səhifəlik veb saytın UX/UI dizaynı, istifadəçilərin saytla effektiv və sürətli bir əlaqə qurmasına kömək edir.
• Responsiv dizayn - Bu dizayn səhifəni hər cihazda ideal görünüşü ilə təqdim edir. Deyə bilərsiniz ki, responsiv dizayn, digər veb saytların yaradılmasında da diqqətə alınan bir elementdir. Bu bir səhifəlik veb saytlarda nə üçün fərqlənir?
Çünki landing page müəyyən bir məqsəd üçün hazırlanmış minimalist vebsaytdır. O, konkret məhsul, xidmət və ya kampaniya haqqında məlumatları əhatə edir. Digər vebsaytlar isə geniş məzmuna malik olub, müxtəlif sahələr üzrə məlumatları əhatə edərək brendin geniş auditoriyasına müraciət etməyi hədəfləyir.
• Animasiya və elementlər - Veb saytın yaradılmasında brendin canlı və dinamik tərəfini vurğulamaq və müştərilərin marağını cəlb etmək üçün animasiya və interaktiv effektlər istifadə olunmuşdur.
• İnteraktiv Naviqasiya - Sayt istifadəçilərə müxtəlif bölmələrə asan giriş imkanı təmin edən interaktiv naviqasiya təchiz olunmuşdur. Bir səhifəlik vebsaytlarla müqayisədə digər saytlar əsas səhifə, haqqımızda, məhsullar/xidmətlər, əlaqə, blog və s. kimi müxtəlif səhifələri olan hərtərəfli naviqasiya strukturuna malikdir.
Hazırladığımız bir səhifəlik vebsayt ilə biz istifadəçilərə, qarışıq menyu və səhifə keçidinə ehtiyac olmadan markanın özü ilə doğrudan əlaqə qurmağa imkan yaratdıq.Bir neçə saniyə ərzində ziyarətçilər Roberekin təklifininin nə olduğunu və bunun onlar üçün niyə vacib olduğunu anlamaq imkanı əldə edirlər.
Nəticə olaraq, uğurlu bir səhifəlik vebsaytlar marketinq səylərinizə əhəmiyyətli dərəcədə təsir göstərə bilən strateji yoldur. Məqsədli dizayna, istifadəçi mərkəzli elementlərə diqqət yetirməklə, siz nəinki diqqəti cəlb edən, həm də ziyarətçiləri dəyərli potensial müştərilərə çevirə bilərsiniz.