Bizi izləyin

Banner

Stend oyun nümunələri

Stend oyun nümunələri

Forum, tədbir və sərgilərdə stendlərinizin qarşısında insan axını olmasını istəyirsiniz?
Elə isə, stend oyunlarımız tam sizin üçündür. Bəs bu oyunlara nələr daxildir?

Gəlin, oyunların izahına keçək. 

“BrandShot” 
“BrandShot” oyununda topu düzgün şəkildə ataraq dirəkləri aşırdır və bonuslar əldə edirsiniz. Əsas nüanslardan biri topun üzərində sizin loqonuzun olması və ya brendinizə uyğun elementlərin yer almasıdır ki, bu da sizin brendin tanınmasına səbəb olacaq.

"CircleDash: Arrow Avoidance”
"CircleDash: Arrow Avoidance”də məqsədiniz başqa oxlara toxunmadan dairəyə bir neçə oxu yerləşdirmək və onları keçərkən bu nöqtələrə dəyməməkdir. Ən həyəcanlı hissəsi isə oyun irəlilədikcə hədəfdəki dairəvi nöqtələrin sayının və fırlanma sürətinin  artmasıdır. Bu da oyunu daha həyəcanlı və rəqabətli edir.

"Crafty Cuts: Customized Rewards”
"Crafty Cuts: Customized Rewards” oyununda isə şirkətinizin istəyinə uyğun elementlərdən istifadə edilir. Müştəriləriniz bu elementləri kəsərək, onlara təqdim etdiyiniz xüsusi təklifləri qazana bilərlər.

“Xokkey”
"Xokkey" iki nəfərlik oyundur.  Oyunda müştəriləriniz qarşılıqlı şəkildə matç edirlər. Qeyd edək ki, ekranda biznesinizin loqosu görünəcək. Hər oyunun sonunda qalibləri müəyyənləşdirib, müxtəlif hədiyyələr təqdim edərək onları sadiq müştəri bazasına çevirə bilərsiniz.

“LightRide”
Bu hazırladığımız oyunda müştəriləriniz heç vaxt bitməyən neon platformalar seriyasında fantastik 2D velosiped sürməyin həzzini yaşayacaqlar. Qarşılarına çıxan maneələri keçərək xal toplayıb sizdən xüsusi fürsətlər də qazana bilərlər. Ən əsası isə maneələrin üzərində biznesinizin loqosu əks olunacaq.

Ən əsası isə bu oyunlar sadəcə əyləncə vasitəsi deyil, həm də biznesiniz haqqında brend məlumatlılığını artırmaq üçün gözəl fürsətlər təqdim edir. Oyunun çevik düşünmə və cəld reaksiya bacarıqlarından istifadə etməklə ziyarətçilərin diqqətini cəlb etmək və onları stendinizə gəlməyə həvəsləndirmək mümkündür.

Hazırladığımız oyunlarla müştərilərinizə xüsusi fürsətlər təklif etməklə onları sevindirmək və sadiq müştəri bazanızı artırmaq üçün əla bir yoldur.  

Biznesinizin stendində BIRAİNY-nin hazırladığı oyunlarla müştərilərinizə əyləncəli və həyəcanlı təcrübə təqdim etməklə brendinizi daha geniş auditoriyaya təqdim edin, potensial müştəriləri cəlb edin!