Bizi izləyin

Banner

Xidmətlərimiz

Şirkət daxilindəki prosesləri və müştərilərlə əlaqəni avtomatlaşdırılmış şəkildə həyata keçirtmək və bazarda innovativ şəkildə inkişaf etmək üçün bizim xidmətlərdən yararlanın.

Satış/KPI

BIRainy tərəfindən təqdim olunan Satış və KPI analizi hesabatı, satış prosesinin müxtəlif fazalarını izləməyə imkan verir. Bu hesabat vasitəsilə sahibkarlar, anbarların vəziyyəti, müştəri qruplarının seçimləri, satışlar və əldə edilmiş gəlirlər haqqında detallı məlumatla təchiz olunurlar.

Hesabat bu metrikləri ehtiva edir:

  • Qoyulmuş hədəflərə nə qədər nail olunduğu, hansı ərazilərdə daha yaxşı və ya pis nəticə əldə edildiyi
  • Lokal ərazilərdə üstünlük verilən məhsullar və markalar
  • Müxtəlif dövrlər ərzində həyata keçən satışların analizi, ən gəlirli günlərin təhlili
  • Müştərilərin demoqrafik göstəricilər üzrə almağa daha meyilli olduğu məhsul və markalar
  • Müştərilərin üstünlük verdiyi ödəniş üsulları və valyuta
  • Anbarlara daxil olan və oradan mağazalara daşınan məhsullar haqqında statistikalar