Telegram botu necə sürətli hazırlayırıq və böyük bizneslərə faydası nədir?

28 September 2023 at 11:48

Hal-hazırda bütün dünyada olan şirkətlər yeni xidməti və ya məhsulu bazara çıxarmazdan əvvəl özlərinə “bu məhsul insanların rahatlığını nə dərəcədə təmin edir?” sualını verirlər. 

Rəqəmsal dünyada bu rahatlığı kompakt və praktik olmasına görə Teleqram təmin edir. 

İstifadəçilərin əksəriyyəti Teleqram-ı ünsiyyət vasitəsi, xəbər portallarını izləmək və ən önəmlisi müxtəlif məzmunlu botlar üçün istifadə edirlər. 

Bəs Teleqram botlar nə üçün nəzərdə tutulub? 
Teleqram botlar məlumat vermək, suallara cavab verməkdən tutmuş proseslərin avtomatlaşdırılmasına və əmrlərin yerinə yetirilməsinə qədər geniş spektrli vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub. 

Teleqram botların bizneslər üçün üstünlüyü nələrdir?
•    Müştərilərlə real zamanda ünsiyyət yaratma imkanı
•    24/7 xidmət göstərmə imkanı 
•    Avtomatlaşdırma
•    Vaxtın optimallaşdırılması
•    Gizlilik və təhlükəsizliyi maksimum təmini
•    Maliyyə sərfiyatının minimallaşdırılması

BIRAINY olaraq digər şirkətlərdən əsas fərqimiz Telegram botlarını sürətli və professional şəkildə hazırlamağımızdır. Bunun əsas nümunələrindən biri Azərbaycan Dövlət Reklam Agentliyi üçün hazırladığımız Telegram botdur. Bu bot sizin Azərbaycan Dövlət Reklam Agentliyi ilə cəld və interaktiv yolla əlaqə qurmağınız, agentliyin xidmətlərindən hərtərəfli yararlanmağınız üçün bir neçə gün ərzində hazırlanmışdır.

Eyni zamanda bu innovativ bot istifadəçilərə problemsiz şəkildə sorğu göndərmək, ərizələr təqdim etmək, sorğulara cavab axtarmaq kimi müxtəlif prosesləri həyata keçirməyə imkan yaradır.
Telegram botların hazırlanması sahəsində təcrübəmizə güvənərək, əlavə xərclərdən qurtula və müştərilərinizə daha sürətli, eyni zamanda daha keyfiyyətli xidmət göstərə bilərsiniz.
Sürətlə inkişaf edən biznes dünyasında daha sürətlə böyüməyinizdə toxunuşlarımızın olmasını istəyirsinizsə, BIRAINY sizə dəstək olmağa hazırdır.