Optimizasiya
Optimizasiya riyazi proqramlama metodlarını tətbiq edərək müəssisələrin mövcud alternativlər arasında ən optimal həlli tapmasını təmin edir. Günümüzdə firmaların qərarvemə prosesini sürətləndirmək üçün optimizasiya metodlarının əvəzsiz xidmətləri vardır. Yüzlərcə qərar dəyişkənlərini və müəssisə daxili /xarici məhdudiyyətləri (xammal, işgücü çatışmazlığı, istehsal vəya xidmət zamanı, çatdırılma müddəti, ərazi məhdudiyyəti və s.) nəzərə alındığı zaman, qərar vericilər minlərcə müxtəlif kombinasiyalarla üzləşə bilirlər. Buna bənzər problemləri yalnız riyazi modelləmə vəya optimizasiya ilə həll etmək mümkündür. Bütün bunların nəticəsi olaraq müəssisə xərclərin minimallaşdırması vəya mənfəətin maksimallaşdırmasına nail olur.

BIRainy olaraq sizlərə analitikanın daha bir əhəmiyyətli növü olan optimizasiya (prescriptive analytics) xidmətlərini təqdim edirik. Aşağıdakı sahələr üzrə mövcud əməliyyatları dünyanın ən müasir və sürətli proqram təminatları vasitələri (Gurobi optimizer, IBM ILOG Cplex, AIMMS) ilə optimallaşdıraraq performansınızı artırırıq.

  • Təchizat zənciri planlaması
  • İstehsal və satış planlama
  • Paylama (distribution) və şəbəkə (network) problemləri
  • İstehsal qrafikinin qurulması
  • Personal qrafikinin qurulması
  • Satınalma planlaması

Əlavə olaraq optimal nəticələri Power BI ilə inteqrasiya edərək qərar vermənizi daha da dinamik hala gətiririk.