L A Y İ H Ə L Ə R İ M İ Z
Şirkətlərdə Tam və ya Pilot modullar hazırlanmışdır
* Hazırlanmış analitik modullar haqqında informasiya qısa olaraq
göstərilmişdir və paylaşdığımız işlər real məlumatları əks etdirmir.
Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi
Şəhər və kənd yerlərində doğulanlar ilə ölənlərin, nikaha daxil olan bəy və gəlinlərin, nikah və boşanmaların statistikasın vizuallaşdırılması və proqnozların verilməsi.
Sığorta - PAŞA Sığorta
Aylar üzrə ümumi şikayətlərlə yeni şikayətlərin və yeni müştərilərin sayı, sığorta növləri üzrə ümumi gəlir marjası (gross profit margin), ümumi gəlirdə faiz (% in gross profit), zərər əmsalı (loss ratio), hər məhsula düşən orta gəlir (average revenue per product), hər məhsula düşən xərc (average cost of product) DAX formulların köməyi ilə düsturların yazılması və avtomatik hesablamaların aparılması.
KazMunaiGas Neft və Qaz
Neft buruqların neft və qaz hasilatları, xərclər və gəlir nəticələrinin vizuallaşdırılması, riyazi formulların(DAX) köməyi ilə - IRR, NPV, PI təyin olunaraq tarixlər üzrə neft quyularına uyğun avtomatik hesablamaların aparılması üçün analitik modulun yığılması və 15 il üçün proqnozların verilməsi.
Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Sinflər, Azərbaycan və ya rus bölməsi üzrə, cinslərə görə və hansı səviyyədə oxumağına, müəllimlərin isə yaş və stajlarına uyğun olaraq nəticələrin bir pəncərədə analitik təhlili. Şagirdlərin müəllimlərə olan nisbəti, müəllim – şagird arasındakı münasibətin (hansı müəllim şagirdlərə aşağı qiymət yazması və ya ümumiyyətlə yalnız yuxarı qiymət verilməsi) təhlili.
İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyi
Rayonlar və tarix üzrə çarpayıların, xəstələrin, həkimə gəlişlərin, evə yazılan xəstələrin sayının analitik təhlili. Əsas Perfomans Göstəricilərin (KPI) bir dashboard-da göstərilməsinin və yenilənməsinin avtomatlaşdırılması.
Azərbaycan Milli Antidopinq Agentliyi - AMADA
İdmançılar haqqında tam analitik məlumat. İdman növünə, yaş kateqoriyasına, son dəfə hansı ölkədə antidopinq testlərindən keçməsi haqqında nəticələrin vizuallaşdırılması. İdmançılarda təkrar yoxlanılması zamanı dopingin aşkarlanması ehtimalı faizinin müəyyən olunması .
Pulsuz pilot layihəsi üçün müraciət:
Sizin Məlumat Bazanız əsasında pulsuz olaraq pilot layihəni hazırlamağımız üçün müraciət etmək:
E-mail
Adınız
Telefon