İnsan Resursları Təhlili

Qısa məlumat
İnsan resursları üzrə mütəxəssislərin prosessləri daha effektiv idarə etmələri üçün əməkdaşların ümumi məlumatlarını analitik təhlil etmək lazımdır. Mütəxəssislər Power BI platformasının təklif etdiyi imkanlardan yararlanaraq işçilər haqqında bütün məlumatları bir neçə bazadan avtomatik olaraq yeniləyəyərək bir dashboard üzərindən analiz edə biləcəklər. Power BI avtomatlaşdırma, daim yenilənmə, az xərc, kağızsız iş və vaxta qənaət kimi önəmli üstünlüklər təklif edir.
Təşkilatınızı və işçilərinizi daha effektiv idarə etmək üçün BIRainy komandası tərəfindən hazırlanmış insan resursları təhlilini təqdim edirik. Əməkdaşlar haqqında təhlil edilmiş datanın vizuallaşdırılmış komponentləri:
- Cins, yaş aralığı
- Departamentlər, şöbələr, vəzifələr, maaş və əmək müqaviləsinin növü
- Şirkət üzvlərinin iştirak etdiyi təlim növləri
- İşdən icazə alma səbəbləri
- Məzuniyyət dövründə xəstəlik
- İşə gecikmə saatları, tezliyi
- Performans dəyərləndirməsi
- Əməkdaşların işi tərk etmə səbəbləri
- Növbəti namizədlərin müxtəlif kateqoriyalara görə analizi
Şirkətinizin fəaliyyət yönlərinə və istəklərinizə uyğun olaraq yeni göstəricilər əlavə oluna və ya çıxarıla bilər.