Optimizasiya

Qısa məlumat
Mövcud alternativlər arasından ən məqsədəuyğun həllin tapılmasını təmin etmək üçün riyazi proqramlama metodlarını tətbiq edərək analitikanın daha bir əhəmiyyətli növü olan optimizasiyadan istifadə olunur. Bununla da, xərclərin minimallaşdırılması və ya mənfəətin maksimallaşdırılmasına nail olmaq, müəssisələrin qərarvemə prosesini sürətləndirmək mümkündür.
BIRainy şirkəti olaraq performansınızı artırırmaq üçün dünyanın ən müasir və sürətli proqram təminatları vasitələri (Gurobi Optimizer, IBM ILOG Cplex, AIMMS) ilə optimizasiya (prescriptive analytics) xidmətlərini təqdim edirik. Həmçinin nəticələri Power BI ilə inteqrasiya edərək qərar vermənizi daha da dinamik hala gətiririk.
Mövcud əməliyyatları apardığımız sahələr:
- Təchizat zənciri planlaması
- İstehsal və satış planlaması
- Satınalma planlaması
- İstehsal qrafikinin qurulması
- Şəxsi qrafikin qurulması
- Paylama (distribution) və şəbəkə (network) problemləri
Şirkətinizin fəaliyyət yönlərinə və istəklərinizə uyğun olaraq yeni göstəricilər əlavə oluna və ya çıxarıla bilər.