Satınalma Təhlili

Qısa məlumat
Biznes satınalmalarını optimal səmərəliliklə idarə etmək və hər ay bu məlumatlardan strateji qərar vermək üçün satınalma təhlilindən istifadə olunur. Power BI tətbiqetmələri ilə sürətli, hər zaman əlçatan satınalma analizi ilə biznesinizi inkişaf etdirmək mümkündür.
BIRainy şirkəti olaraq təşkilatınızın satınalmalarını effektiv idarə etmək üçün hazırladığımız satınalma təhlili həllinin komponentləri:
- Həqiqi xərclər
- Birbaşa və dolayı xərclərin bölgüsü
- Xərclərin sərf edildiyi sahələr
- Xərcləmələr nəticəsində əldə edilənlər
- Satın alınan məhsul həcminin (miqdarının) trend və əvvəlki illərlə müqayisəsi
- Aylıq xərclərin dinamikası və xərclərin minimallaşdırılması üçün mümkün yollar
Şirkətinizin fəaliyyət yönlərinə və istəklərinizə uyğun olaraq yeni göstəricilər əlavə oluna və ya çıxarıla bilər.